Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın İkinci Liqa klubu “Xankəndi” heyətinə yeni futbolçu qatıb.
İdman.Biz xəbər verir ki, klub “Qarabağ”ın sabiq futbolçusu Qurban Məhərrəmovla mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qapıçı daha əvvəl “Qarabağ”ın əvəzedicilərində çıxış edib, son klubu isə “Şəki” olub.
Qeyd edək ki, “Xankəndi” hazırda turnir cədvəlində 39 xalla ikinci pillədə qərarlaşıb.