Xankəndi şəhərində 7 ci ADA Siyasi Forumu keçirilir

08.04.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

Metbuat.az xəbər verir ki, səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью