Xankəndi şəhərində təhsil alan şagirdlər üçün maarifləndirici görüş keçirilib

26.05.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüş zamanı şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, həmçinin qənaətcil həyat tərzinin vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda interaktiv müzakirələr təşkil olunub, gündəlik həyatımızda ekoloji məsuliyyətin necə tətbiq oluna biləcəyi, tullantıların azaldılması və təkrar emal proseslərinin faydaları izah edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью