Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, məktəbin təmirdən sonra açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il sentyabrın 19-da baş tutub.
Təhsil ocağının əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə həmin ilin mayında başlanılıb.
Məktəbin layihəsi 0.67 hektar ərazini, 3 760 kvadratmetr ümumi sahəni əhatə edir.
Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, iki STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana fəaliyyət göstərir.
Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az