Xankəndi şəhərində Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir | …
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zəfər parkının təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulub.
Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb.
Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir.
Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.
Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır.
Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu