Xankəndi şəhərinə ilk köç karvanı gedib (Yenilənib)

25.01.2026

Icma.az bildirir, Reyting.az portalına istinadən.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az xəbər verir ki, bu dəfə Xankəndi şəhərinə köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Bu gün səhər saatlarında yola salınan ilk köç karvanı Xankəndi şəhərinə çatıb.

Reyting.az xəbər verir ki, hər bir ailə dövlət tərəfindən yeni təmir olunmuş mənzillə təmin olunublar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью