Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"Növbəti mövsüm ev oyunlarımızı Xankəndi stadionunda keçirmək istəyirik. Bununla bağlı müvafiq qurumlara müraciət etmişik. Şansımız çox az görünür. Amma yenə də cavab gözləyirik. Klubumuzun doğma meydanda çıxış etməsini istəyirik" - bu sözləri "Football-plus.az"a açıqlamasında "Xankəndi"nin idman direktoru Vasif İsmayılov komandanın stadion problemi haqda danışarkən bildirdi.
Klub rəhbəri məsələ ilə bağlı mümkün ehtimalları dəyərləndirdi:
"Müraciətimizə müsbət cavab almayacağımız təqdirdə artıq alternativ variantlara üz tutacağıq. Yeni stadion üçün danışıqlar aparılmasına başlayacağıq. Bakıda və ya bölgələrdən birində məskunlaşacağıq".
“Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, “Xankəndi” ilə yanaşı, MOİK də ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməyə iddialıdı. Və “hərbçilər” bu mənada daha şanslıdı.
MURAD ABDULLAZADƏ