“Xankəndi” stadionuna qayıdışa 1 ay qaldı

23.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Xankəndi” stadionuna qayıdışa 1 ay qaldı

“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

“Xankəndi”nin Xankəndi şəhər stadionunda ilk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью