Xankəndi stadionunda əsl bayram ab havası var idi Ramiz Məmmədov

19.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi stadionunda bayram ab-havası yaşanıb.

Bakıvaxtı.az-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən "Karvan-Yevlax" klubunun baş məşqçisi Ramiz Məmmədov VII turda qarşılaşdıqları "Xankəndi" ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis səfərdə qələbə qazandıqları qarşılaşmanı dəyərləndirib:

"Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər".

Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Günəş Mərd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью