Xankəndi stadionunda təmir işlərinin nə vaxt başa çatacağı bilindi

23.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью