Xankəndi, Şuşa, Ağdərə və Xocalıda milli park yaradılır KONKRET

13.06.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, milli park 100 min hektar ərazini əhatə edəcək:

“Artıq parkın xəritəsi də hazırlanıb və sənəd Əmlak məsələləri üzrə Dövlət Komitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью