“Xankəndi” uzaq Avstraliyaya səfər edən ilk tankerimiz oldu

14.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan Bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub. Bu tarixi səfəri “Xankəndi” tankeri həyata keçirib.

Oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan gəmi 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Burada yük təhlükəsiz şəkildə tankerdən boşaldılıb.

Dəniz təhlükəsizliyi və ekoloji nəzarət baxımından ciddi prosedurların tətbiq olunduğu Avstraliya limanında “Xankəndi” bütün tələblərə cavab verib. Belə ki, limanda olduğu müddətdə tanker yerli ekoloji nəzarətdən və ABS təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью