“Xankəndi” və MOİK bu gün üz üzə gələcək

18.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasının üçüncü turunun son oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun bağlanış qarşılaşmasında “Xankəndi” MOİK-i qəbul edəcək.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Azərbaycan Birinci Liqası
Üçüncü tur
18 sentyabr

16:00. “Xankəndi” - MOİK
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Zaqatala”nı böyük hesabla (3:0) üstələyib, “Şimal” “Şahdağ Qusar”a (1:4), “Mingəçevir” “Gəncəbasar”a (0:3) “Baku Sportinq” isə “Səbail”ə (0:1) məğlub olub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью