“Xankəndi” və MOİK ev oyunlarını eyni stadionda keçirə bilər

28.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Birinci Liqada çıxış edən iki klubun ev oyunlarını Xankəndi stadionunda keçirmək məsələsi gündəmdədir”.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev deyib.
PFL rəsmisi bölgənin eyniadlı təmsilçisi ilə MOİK-in də ev oyunlarını bu şəhərdə keçirə biləcəyini söyləyib.

“Həm “Xankəndi”, həm də MOİK-in ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməsi ilə bağlı müqaviləsi mövcuddur. Peşəkar Futbol Liqası arenanın balansında olduğu Gənclər və İdman Nazirliyi ilə daim əlaqədədir. Məsələ ilə bağlı əlavə bilgi olduğu halda, ictimaiyyətə məlumat veriləcək”, - deyə o sport24.az-a açıqlamasında bildirilib.
Qeyd edək ki, MOİK ev oyunlarını Binə qəsəbə stadionunda, “Xankəndi” isə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью