Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

24.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.

Eyni zamanda Xankəndi şəhəri, Xocalı rayonu və Əsgəran qəsəbəsində hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью