GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında bayraqlar yarıyadək endirilib.
Bu barədə Globalinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Xankəndi , Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Azərbaycanın bütün ərazisində olduğu kimi bu ərazilərdə də saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Həmin anda şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlər anılıb.
Bayraqlar yarıya qədər endirilib. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.