Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.
Bu barədə SİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.
O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib: "Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib.
Bu səbəbdən də həmin tikililər sökülür". E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciy
Ərazidə tikinti normalarına cavab verən tikililər isə saxlanılır".
Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub: "Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub.
Tam oxu
Xəbəri oxu