“Xankəndi” yeni loqosunu təqdim edəcək FOTO

11.08.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Xankəndi” Futbol Klubu yaxın günlərdə yeni loqosunu təqdim edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni loqoda klubun tarixi və müasir kimliyi öz əksini tapacaq.

Qeyd edək ki, “Xankəndi” 2025/2026 mövsümündə Azərbaycan İkinci Liqasının qalibi olaraq Birinci Liqada iştirak hüququ qazanıb. Komanda ötən mövsüm keçirdiyi 27 oyunda 25 qələbə qazanıb, bir heç-heçə edib və yalnız bir dəfə məğlub olub.

Beləliklə, “Xankəndi” 2026/2027 mövsümündə Birinci Liqada debüt edəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью