Xankəndi yeni transferini açıqladı

26.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xankəndi" yeni transferini açıqladı

Azərbaycan 2-ci liqasının iddialı komandalarından "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Xankəndi" son klubu "Şəfa" olan Elvin Nəsibovu transfer edib. 29 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Elvin Nəsibov karyerası ərzində "Kəpəz", MOİK və "Qarabağ"ın əvəzedici komandasında da oynayıb.

Əlavə edək ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью