Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 noyabr, AZƏRTAC
Xankəndi Zəfər Parkı Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzlərini özündə birləşdirir. Parkın 9 hektarlıq ərazisində 500-dən çox ağac, 11 mindən artıq kol və gül əkilib. Ərazinin girişindən Zəfər tağına doğru uzanan 44 pilləkən müharibənin müddətinin rəmzidir. Pilləkənlərdə işğaldan azad edilmiş yaşayış məntəqələrinin adları və azad olunma tarixləri əksini tapıb. Parkın mərkəzində ucalan 44 metr hündürlüyündə Zəfər tağı isə tarixi Qələbənin əsas rəmzlərindən biridir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.