Xankəndidə 1 dəqiqəlik sükut GÖRÜNTÜLƏR

27.09.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xankəndi şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə sükutdan sonra Zəfər parkına yürüş keçirilib. Şəhidlərin xatirəsinə ehtiram göstərilib, abidə önünə gül dəstələri düzülüb.

Anım tədbirində Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью