Xankəndidə 6 milyon manata yeni yarımstansiya tikiləcək

29.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərişıq ASC Xankəndi şəhərində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xətlərinin çəkilməsinə 6 milyon 184 min 834 manat vəsait xərcləməyi planlaşdırır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qurum müvafiq işlərlə bağlı tender elan edib və işləri icra edəcək müvafiq podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью