“Xankəndidə avrokubok matçları da keçirilə bilər” Fərid Qayıbov

19.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xankəndidə avrokubok matçları da keçirilə bilər” - Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi Şəhər Stadionunda gələcəkdə Azərbaycan milli komandasının oyunlarının keçirilməsinin mümkünlüyündən danışıb.

QOL.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir bu barədə “Xankəndi” - “Karvan-Yevlax” matçının fasiləsində jurnalistlərə açıqlamasında bildirib:

"Xatırlayırsınızsa, Xankəndi azad olunduqdan sonra, 2023-cü il dekabrın 21-də burada ilk oyun keçirildi. “Qarabağ” MOİK-lə qarşılaşdı. Ondan sonra ölkə başçısının tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu. İndi isə “Xankəndi” ilk ev oyununu keçirir.

Təbii ki, bu, çox sevindirici haldır. Çox sayda azarkeş var. Uzun müddətdir gözlədiyimiz gün idi. MOİK də burada oynamaq qərarına gəlib. Gələn ildən onlar da oyunlarını burada keçirəcəklər. Stadion UEFA kateqoriyası almaq üçün hazırdır. Beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Bu, AFFA-dan da asılıdır. Yaxın gələcəkdə çalışacağıq ki, milli komandamız da ev oyunlarından birini burada keçirsin".

Nazir Xankəndidə həyata keçiriləcək növbəti layihələrdən də danışıb:

"Həm bizim nazirliyin, həm də təhsil nazirliyinin uşaq-gənclər idman məktəbləri var. Onların futbol bölmələri də fəaliyyət göstərir. MOİK və digər idman klubları da var. Bu, dövlətin uşaq futboluna dəstəyidir. Bununla yanaşı, bütün futbol klublarının akademiyaları var. Orada da inkişaf gedir, futbolun təbliği yaxşı aparılır. U-15 dünya çempionatı ilk dəfə bizim ölkəmizdə keçirildi. Nəticələrini də görəcəyik".

F.Qayıbov UEFA-nın Xankəndi Şəhər Stadionuna lisenziya verəcəyi ilə bağlı da danışıb:

"Hazırda UEFA-nın stadionla bağlı qərarı barədə məndə məlumat yoxdur. Amma dediyim kimi, arena beynəlxalq standartlara uyğundur. UEFA-dan mütəxəssislərin gəlib stadionun kateqoriyasını müəyyənləşdirməsini gözləyirik. Bundan sonra burada nəinki aşağı yaş qruplarından ibarət yığmalar, hətta A millimiz də oynaya bilər. Hətta avrokubok matçları da keçirilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью