Xankəndidə bayram konserti təşkil edilib

09.11.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində möhtəşəm bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA.AZ-a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Konsert oroqramlndan sonra möhtəşəm atəşfəşanlıq olub.

Şəhərin səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq sakinlərə unudulmaz bayram anları yaşadıb. Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi Qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər. Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib. Xankəndi səmasında parlayan rəngarəng fişənglər Zəfər Gününün sevincinə xüsusi rəng qatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью