Xankəndidə beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olundu FOTO

23.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir. 
Bizim.Media xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  təşkilatçılığı ilə reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb.
O, bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Həmçinin bildirilib ki, DOST Agentliyinin  sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. 
Tədbirdə sosial idarəetmədə rəqəmsal transformasiya, süni intellekt əsaslı qərarvermə və vətəndaşyönümlü xidmət modelləri müzakirə edilib, “TEDx” formatında debatlar, tematik işçi qruplarının müzakirələri, paralel sessiyalar və tərəfdaş təşkilatların təqdimatları olub.
 

Forum çərçivəsində Dövlət Agentliyinin və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellektlə gələcəyin idarəolunması: proaktiv yanaşmalar və yeni imkanlar” mövzusunda yan tədbir, həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi və rəqəmsallaşmanın imkanları haqqında panel müzakirələr keçirilib. 


Hər iki tədbirdə “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova bu istiqamətin əsas məqsədinin texnologiyanın özünü inkişaf etdirmək deyil, vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək olduğunu bildirib. Vurğulanıb ki,  bu baxımdan xidmətlərin daha az vaxt və səylə əldə edilməsi, qərarların dəqiq və ədalətli olması, eləcə də vətəndaşların dövlət xidmətlərinə etimadının gücləndirilməsi əsas göstəricilərdir.





Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью