Xankəndidə erməni hərbçilərin tunel zirzəmisi aşkarlandı Foto

18.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel-zirzəmi aşkarlanıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, həbsxana tipli zirzəmiyə giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.

Həbsxana otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğularla bağlanır. Tunelə giriş qapısının üzəridə yerləşən mənzillərdən birinin yüksək rütbəli erməni hərbçiyə məxsus olduğu deyilir.

Əvvəllər həbsxana kimi istifadə olunan zirzəminin Vətən Müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu müəyyən olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью