Xankəndidə III MDB Oyunların start verildi FOTO

02.10.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb. Yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, turnirdə 7 ölkədən 40 idmançı iştirak edir.

Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью