Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2023-cü il noyabrın 8-də Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu.
Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir.
Ən vəsas məqam isə, Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları ilə bərabər birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak etməsi Onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi.
Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında hərbiçiləri, Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik etdi: “Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!”.
Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirdi ki, 44 günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim.