Xankəndidə ilk solo konsert keçirildi VİDEO

22.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.
Bizim.Media report-a istinadən xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edib.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.
Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью