Xankəndidə ilk solo konsert təşkil ediləcək

22.11.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xankəndi şəhərində bu gün ilk solo konsert təşkil ediləcək.

Globalinfo.az bildirir i, konsertdə ifaçı tarzən Arslan Növrəsli olacaq.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edəcək.

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunması planlaşdırılır.

Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью