Xankəndidə minik maşını yanaraq külə döndü

31.08.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xankəndidə minik maşını yanaraq külə dönüb.

Axar.az-ın Trend-ə istinadən xəbərinə görə, 1984-cü il təvəllüdlü Əliyev Yasinə məxsus "NİVA" markalı 17 BF 259 nömrəli avtomobil Şuşa Xankəndi yolunda hərəkətdə olarkən anidən alovlanıb.

Alov qısa müddətdə avtomobili bürüdüyündən minik maşını yararsız hala düşüb. Hadisə yerinə çağrılan FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları avtomobili söndürüb. Baş verən yanğın zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma başlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью