Xankəndidə mühüm forum: 44 ölkədən 80 dən çox ekspert…

08.04.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

Axar.az xəbər verir ki, səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью