Xankəndidə Prezident kuboku uğrunda qaçış yarışı keçirildi

22.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.
 

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.


Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью