Xankəndidə qanunsuz abidə sökülüb Sülhməramlılar tərəfindən ucaldılıbmış...

31.07.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

Bu barədə Rusiya mətbautında məlumat dərc olunub.

Məlumata görə, abidənin sökülməsi ilə bağlı qərar hələ 2023-cü ildə verilibmiş.

Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət Xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılmışdı.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью