Xankəndidə qazla təmin edilən bina və qazanxanaların sayı açıqlanıb

30.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ötən ilin sonlarından "Azəriqaz" İstehsalat Birliyi Xankəndi şəhərində 54 binada 1 340 mənzilə təbii qazın verilişini təmin edib.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azəriqaz" İstehsalat Birliyinin rəhbərinin birinci müavini Nail Abdullayev bildirib.

Onun sözlərinə görə, təkcə may ayında 7 binada 6 mənzilə qaz verilib.

Bununla yanaşı, 2024-cü ilin sonlarından Qarabağ Universitetinin, müəllimlərin yaşadıqları binaların, tələbə yataqxanasının və 4 saylı orta məktəbi, dil mərkəzi və uşaq baxçasının qazanxanalarına qazın verilişi təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью