Xankəndidə QHT lərin Əməkdaşlıq Forumu keçiriləcək Agentlik hesabat verib və planlarını aç…
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aprelin 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirib.
“AzPolitika” xəbər verir ki, konfransda Agentliyin icraçı direktoru Aygün Əliyeva hesabat-məruzə ilə çıxış edib.
O,bildirib ki, qurum 2021-ci il aprelin 19-da yaradılıb, fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib.
“Ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib.
Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb”, - o əlavə edib.İcraçı direktor onu da qeyd edib ki, Agentlik Prezident İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76%, 2023-cü ildə 87.5%, 2024-cü ildə isə 97.3%-lik nəticə göstərib.
Onun sözlərinə görə, Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.
Aygün Əliyeva vurğulayıb ki, Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb – ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb: “Layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb.
Tam oxu
Xəbəri oxu