Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Oktyabrın 20-si Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr e
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban v
Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib.
İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib.
Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir.
Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.