Xankəndidə Qış nağılı yarmarkası keçiriləcək

15.12.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək.

Reyting.az xəbər verir ki, dekabrın 27-də şəhərin Zəfər meydanında "Qış nağılı" olacaq.

Bayram yarmarkası yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dekabrın 29-da Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək, 31 dekabrda isə möhtəşəm atəşfəşanlıq olacaq.

Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью