Xankəndidə "Qış nağılı" YARMARKASI FOTOLAR

27.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası təşkil olunub.

Bakupost.az xəbər verir ki, yarmarka Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin Zəfər meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilir.

Yarmarkada bir çox müəssisə və şirkətlər iştirak edir. Həmçinin fərdi şəxslər tərəfindən yarmarkaya məhsulları da çıxarılıb.

Qeyd edək Xankəndi şəhərində " Qış nağılı" yarmarkasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью