Xankəndidə şəhid Xəqani Nəsirovun xatirəsi anılıb FOTOLAR

29.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 29-da Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində şəhid olan Xəqani Nəsirovun şəhadətinin altıncı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, şəhidin doğulub boya-başa çatdığı Xankəndi şəhərində keçirilən anım mərasimində şəhərdə fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə veteranları və Xankəndi sakinləri iştirak ediblər. 

Mərasimdə şəhid Xəqani Nəsirovun əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan söz açılıb.

Qeyd edək ki, Xəqani Nəsirov 44 günlük Vətən müharibəsinin ilk günlərində Talış istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Bərdə rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Xəqani Nəsirovun valideyinləri Xankəndi şəhərində mənzillə təmin olunub.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью