Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun

19.11.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Xankəndi" klubu yenilənmiş stadionda ilk ev oyununa çıxır.

AZXEBER.COM xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turunda "Xankəndi" klubu "Karvan-Yevlax"la qarşılaşacaq.

Saat 16:00-da başlayacaq görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Azərbaycan I Liqası

19 noyabr

VIII tur

16:00. "Xankəndi" - "Karvan-Yevlax".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью