Xankəndidə TARİXİ GÜN Onlar doğma yurdlarına qovuşdu VİDEO | Icma.az
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq. Bu gün Xankəndi şəhərinə ilk köç baş tutub.
MÖVZU İLƏ BAĞLI: Xankəndi şəhərinə İLK KÖÇ - 162 nəfər doğma yurduna QAYITDI – FOTO Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi sakinlərindən ibarət 36 ailə – 162 nəfər doğma yurduna qayıdıb.
Beləliklə 35 ildən sonra Xankəndiyə həyat yenidən qayıdır...Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir.Sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Doğma yurdlarına qayıdan sakinlər tarixi anları böyük coşqu ilə qeyd ediblər.Ətraflı Bizim.Media-nın videosüjetində: Elgün Gəncimsoy, Pərviz Allahverdiyev, Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu