Xankəndidə təhsil alan Ayhan tələbə adını qazandı

25.08.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin məzunu Ayhan Məmmədzadə ali məktəbə qəbul olunub.

Ayhan Məmmədzadə Modern.az-a bildirib ki, I ixtisas qrupu üzrə imtahan verib və qəbul imtahanında ümumilikdə 256 bal toplayıb. O, Bakı Mühəndislik Universitetinin Energetika mühəndisliyi ixtisasına qəbul olunub.

Məzunun sözlərinə görə, imtahana hazırlıq prosesində əsasən onlayn hazırlıqlarda iştirak edib.

Artıq iki ildir Xankəndidə yaşadığını bildirən Ayhan 10-cu sinifdən etibarən təhsilini burada davam etdirdiyini deyib.

“Məktəbdə tədris yaxşı təşkil olunub. Müəllimlərimizin də əksəriyyəti gəncdir”, - deyə o söyləyib.

Ayhan məktəb illərində ən çox coğrafiya fənninə maraq göstərdiyini də əlavə edib:

“Coğrafiyanı çox sevirdim. Fiziki tərbiyə və idman dərslərinə də xüsusi marağım var idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью