Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialı start götürəcək.SİA xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.Turnirə dekabrın 11-də yekun vurulacaq.Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.