Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xankəndi şəhərində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, yanğın şəhər ərazisində yaşayış olmayan evdə baş verib.
Hadisə yerinə FHN-in Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb. Yanğının səbəbi araşdırılır.
Ziya Əmirxanlı