Xankəndidə Zəfər Günü konserti keçirildi, atəşfəşanlıq oldu

08.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Konsertdən sonra atəşfəşanlıq olub. Gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq şəhər sakinlərinə unudulmaz bayram anları yaşadıb. Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər. Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью