Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb

09.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 9-dan 11-dək Zəfər Günü münasibətilə Xankəndi şəhərində təşkil olunan “Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Üç gün davam edəcək düşərgə çərçivəsində gənclər üçün Zəfər tariximizə həsr olunmuş maarifləndirici görüşlər və müzakirələr, Vətən müharibəsi və Qarabağın tarixi ilə bağlı interaktiv fəaliyyətlər, liderlik və komanda quruculuğu sessiyaları təşkil olunacaq.

Proqram çərçivəsində, həmçinin iştirakçıların ideya və təşəbbüslərinin təqdimatı, mədəni və sosial tədbirlər, Qarabağın tarixi-mənəvi irsi ilə tanışlıq nəzərdə tutulub.

Müxbir-Mikayıl Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью