Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Bizim.Media xəbər verir ki, Xankəndi şəhərinin girişindən başlanan yürüş Zəfər meydanınadək davam edəcək.
Orkestrin müşayiəti ilə keçirilən yürüşdə Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, ərazidəki dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, Xankəndi şəhərində yaşayan insanlar iştirak edirlər.
Bizim.Media, Qarabağ bürosu