Xankəndidəki oyunlarda polisin fəaliyyətindən VİDEO

04.10.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Redaktor.az nazirliyin məbuat xidmətinə istinadla xəbər verir ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью