“Xankəndinin adına layiq olmağa çalışırıq” İbrahim Uzunca | Icma.az
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Region Liqasının E qrupunda mubarizə aparan “Xankəndi” qrupu lider tamamlayıb.
Bu komanda 32 qol vurub, yalnız bir top buraxıb.“Footbal-plus.az” 1/8 finalda “Topçular”la qarşılaşacaq Qarabağ təmsilçisinin baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb: “Məqsədimiz qrupdan lider kimi çıxmaq idi.
Bundan sonrakı oyunlara köklənmişik. Futbolçularım dediklərimi, tapşırdıqlarımı layiqincə yerinə yetirdi. Bir qol buraxdıq.
O da bizə nəzər oldu deyib keçək. Son oyunda 2:1 hesablı qələbə qazandıq. Oyun çox ağır keçdi. Rəqibimiz “Mil” yaxşı oynadı.
Pley-offun ilk mərhələsi bir oyundan ibarət olacaq, sonrakı qarşılaşmalar ev-səfər formatında.
Çempion olaraq 2-ci liqaya, daha sonra pillə-pillə digər liqalara yüksəlmək istəyirik.
Xankəndinin adına layiq olmağa çalışırıq”.MÜZƏFFƏR QULUZADƏ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu